"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Bələdiyyələrlə iş Mərkəzi maarifləndirmə  təlimlərinə start verib

--2017-02-22 / 10:58

 

ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş Mərkəzi ədliyyə Akademiyasının təşkilatçılığı ilə yerli özünüidarənin səmərəliliyinin artırılması, bələdiyyələrin işində qanunçuluğun təmin olunması məqsədi ilə  maarifləndirici tədbirləri cari ildə də davam etdirir.

Bələdiyələrlə iş Mərkəzindən Belediyye.infoya daxil olan məlumata görə, Qaradağ bələdiyyələrinin üzvlərinin və bələdiyyə qulluqçularının iştirakıyla növbəti ikigünlük təlimə bu gün start verilib.

Qeyd edək ki, təlimlərin mövzuları bələdiyyələrin təklifləri nəzərə alınmaqla müəyyən edilib və bu zaman məsələlərin aktuallığı, qanunvericilikdə olan yeniliklərə xüsusi diqqət yetirilib.

ədliyyə Akademiyasının  müəllim heyətinin iştirakıyla  keçirilən ikigünlük təlimlərdə  əsasən “insan hüquqlarının qorunmasında bələdiyyələrin rolu”, “Bələdiyyələrin fəaliyyətində şəffaflığın artırılması və korrupsiya hüquqpozmalarının qarşısının alınması”, “Bələdiyyələrdə vətəndaşların müraciətləri üzrə kargüzarlığın təşkili”, “Bələdiyyə qulluğuna qəbulun müsabiqə yolu ilə həyata keçirilməsi” mövzularına toxunulacaq.

Xatırladaq ki, ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş Mərkəzinin təşəbbüsü ilə  il boyu davam edən təlimlərdə bundan əvvəl Səbail və Binəqədi rayon bələdiyyələrinin təmsilçiləri iştirak ediblər.

Belediyye.info

ŞƏRHLƏR